AZ

Rusiya bayrağı ilə bağlı insidentlər qeydə alınmayıb – ÖZƏL

Rusiya Federasiyasının Dəməşqdəki səfirliyi binası üzərindəki dövlət bayrağı ilə bağlı hər hansı insident qeydə alınmayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı diplomatik nümayəndəlik TASS agentliyinə təsdiqləyib.

"Səfirlik bayrağı ilə bağlı heç bir insident baş verməyib", - agentliyin mənbəsi bildirib.

Bir gün əvvəl məlum olmuşdu ki, Rusiya Dəməşqdəki xarici nümayəndəliklərinin bir hissəsini, eləcə də Şimali Koreya, Belarus və Abxaziya diplomatik missiyalarının işçilərini təxliyə edib. Dekabrın 15-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus xüsusi reys vasitəsilə bir qrup işçi Moskvanın "Çkalovski" aeroportuna gətirilib.

Eyni zamanda, Rusiya tərəfi Suriyanın yeni hakimiyyəti ilə ölkə ərazisindəki iki hərbi bazanın qorunub saxlanması ilə bağlı danışıqlar aparır. Hazırda Rusiya bu bazaların təhlükəsizliyi üçün müvəqqəti zəmanət alıb. Buna görə də, Latakiyadakı Hmeymim aviabazası və Tartusdakı dəniz bazası adi rejimdə fəaliyyətini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr