AZ

İşğaldan azad edilmiş ərazilərdə kənd kənarında yerləşən torpaqlarda infrastruktur dövlət tərəfindən qurulacaq 

İşğaldan azad edilmiş ərazilərdə kənd kənarında yerləşən torpaqlarda infrastruktur dövlət tərəfindən qurulacaq. 

FED.az xəbər verir ki, bunu  Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bu gün keçirilən Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı brifinqdə deyib. 
Onun sözlərinə görə kənd ətrafı ərazilərdə torpaqlar invetsiya müsabiqəsi qaydaları ilə qalib gələn investorlara təhkim ediləcək: "İlkin yanaşmalar bundan ibarətdir. Burada da Kənd təsərrüfatı Nazirliyi tək hərəkət etmir, komissiya qalibləri müəyyən edəcək . Bu komissiya tələbləri analiz edəcək və müsabiqə şərtlərinə uyğun gələnlər torpaqla təmin olunacaq. Komissiyanın üzvləri arasında İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti var. Bizim məqsədimiz odur ki, işğaldan azad edilmiş ərazilərdə torpaqların səmərəli istifadəsini təmin edək, daha əlverişli şəkildə bu torpaqları kənd təsərrüfatı fəaliyyəti üçün quraq."- deyə o qeyd edib.

Seçilən
18
fed.az

1Mənbələr