AZ

3D printer silahla cinayət törətdi - Dünya gündəmini zəbt edən qəribə olay

ABŞ-da bir oğlan 3D silahla cinayət törədib. 

News365.az xəbər verir ki, bu qəribə hadisə hazırda dünya gündəmini zəbt edib. 

O, ABŞ-nın ən böyük sığorta şirkətlərindən biri olan "UnitedHealthcare"ın CEO-su Brian Thompsonu öld*rüb.

Adı Luigi Mangione-dir. Hazırda xalq Luigini dəstəkləyir. Həmin dəstəyin səbəbi Luiginin sığorta şirkətinə qarşı nifrəti, sığorta şirkətlərinin ədalətsizliyi kimi mövzularla bağlıdır. İddiaya görə, Lugini bel ağrılarından əziyyət çəkir və sığorta şirkəti ilə bu səbəbdən problem yaşayıb. Hələ ki, dəqiq bir məlumat yoxdur.

Luigi Mangione, əslində zəngin bir ailədən gəlir. Yaxşı təhsil alıb. Hətta məktəb birincisi olub. Süni intellekt, oyun proqramlaşdırmaq kimi mövzularla maraqlanırmış. 

Luigi dəyəri 500 milyard dollardan çox olan şirkətin icraçı direktorunu 3D printer ilə öz hazırladığı plastik tapança ilə vurub öldürüb. Adamı öldürən 3 güllənin üzərində bu sözlər yazılıb: "deny" (rədd et), "defend"(müdafiə et), "depose" (vəzifədən kənarlaşdır) - sığort şirkətlərinin sloqanı. 


Seçilən
28
news365.az

1Mənbələr