Bakı, TurkicWorld
“Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Qazaxıstan Respublikasının Qanununa uyğun olaraq bu gün Müstəqillik Günü qeyd olunur.
TurkicWorld xəbər verir ki, 1991-ci il dekabrın 16-da Ali Şura “Dövlətin müstəqilliyi və suverenliyi haqqında” qanun qəbul edib.
Müstəqilliyin elan edilməsi müstəqil şəkildə suveren dövlət qurmaq, milli iqtisadiyyatı və mədəniyyəti inkişaf etdirmək, müstəqil xarici siyasət yeritmək imkanı qazanmış Qazaxıstanın müasir tarixinin başlanğıc nöqtəsi oldu.
Müstəqilliyin elan edilməsi günü - 16 dekabr həm də 1986-cı ilin dekabrında Almatıda qazax gənclərinin SSRİ rəhbərliyinin milli xalqların hüquq və mənafelərini pozan siyasətinə etiraz etdiyi faciəli hadisələrin anım günüdür.
Müstəqillik Günü şərəfinə ölkənin regionlarında mədəniyyət, təhsil və idman müəssisələri qazaxıstanlıların siyasi mədəniyyətinin və vətəndaş həmrəyliyinin yüksəldilməsinə kömək edən onlarla tədbir təşkil edilir.
Qeyd edək ki, Astanada sərgilər, konsertlər, rəsm müsabiqələri, turnirlər və idman yarışları da daxil olmaqla 50-dən çox müxtəlif bayram və rəsmi tədbirin keçirilməsi planlaşdırılır .