AZ

Tədqiqat: Dərinin immun gücü iynəsiz vaksinlərin hazırlanmasına  səbəb ola bilər

Tədqiqat:

Əvvəllər yalnız passiv qoruyucu baryer hesab edilən dəri, əslində infeksiyalara qarşı mübarizə apara bilən özünəməxsus immun sisteminə malikdir. Bununla bağlı aparılan iki tədqiqat dərinin infeksiyalara qarşı antikor istehsal edə biləcəyini ortaya qoyub.

Emlakbazari.az

E-saglam.az “Nature” jurnalına istinadla xəbər verir ki, həmin kəşf iynəsiz, dəridən tətbiq edilən vaksinlərin hazırlanmasına təkan verə bilər.

Tədqiqatlar göstərdi ki, dəridəki “Staphylococcus epidermidis” adlı zərərsiz bakteriya, T və B hüceyrələrini aktivləşdirərək antikor istehsalını artırır. Siçanlar üzərində aparılan təcrübələrdə, dərinin limfa düyünləri olmadan da bu immun reaksiyanı həyata keçirə bildiyi müşahidə olundu. Bu tapıntı, dərinin yalnız baryer deyil, həm də müstəqil immun fəaliyyət göstərən “yarı avtonom” sistemə malik olduğunu ortaya çıxarıb.

Stanford Universitetinin mikrobioloqu Michael Fischbach və tədqiqat qrupu, “Staphylococcus epidermidis”in immun reaksiyasını patogenlərə qarşı yönləndirməyi hədəfləyib. Onlar bakteriyanın səthini dəyişdirərək, tetanoz toksinini təqlid edən zülallar əlavə ediblər. Nəticədə siçanların qanında və burun selikli qişasında immun reaksiyalar yaranaraq onları ölümcül doza qarşı qoruyub. Bu yanaşma, dəridən tətbiq oluna bilən krem şəklində peyvəndlərin hazırlanmasına şərait yarada bilər. Bu vaksinlərin istehsalı daha ucuz, istifadəsi isə tibbi personalın müdaxiləsi olmadan mümkündür. Bu xüsusiyyətlər, xüsusilə səhiyyə imkanlarının məhdud olduğu bölgələrdə mühüm əhəmiyyət kəsb edir.

Harvard Tibb Məktəbinin dermatoloqu Tomas Kupper, bu yanaşmanın innovativ olduğunu desə də, “Staphylococcus epidermidis”in insanlarda siçanlardakı kimi təsirli olub-olmayacağı ilə bağlı suallar qalmaqdadır. İnsanlarda ilkin müşahidələr, bu bakteriyaya qarşı antikor səviyyəsinin yüksək olduğunu göstərsə də, vaksinlərin insanlarda təhlükəsizliyi və effektivliyi qeyri-insan primatlarda və klinik sınaqlarda təsdiqlənməlidir. Bu tapıntı, gələcəkdə ağrısız və daha əlçatan vaksinlərin hazırlanmasına, xüsusilə də tənəffüs yoluxmalarına qarşı mübarizədə yeni imkanlar aça bilər. (Azərtac)

E-saglam.az

phrase_var_article.chosen
34
1
e-saglam.az

2phrase_var_article.sources