Ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğunda siyasi partiyalar, qeyri hökumət təşkilatları və medianın rolu əvəzsizdir.
Ölkə.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Bu gün ölkəmizə qarşı aparılan bütün böhtan və qarayaxma kampaniyasına qarşı onlar dayanır və bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur. Bütün bunları nəzərə alaraq, bu yöndə maliyyə vəsaitinin artırılmasını mütərəqqi sayıram, təqdir edirəm. Buna görə həm cənab Prezidentə, həm də Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”, - deputat qeyd edib.
Mürtəza
Ölkə.Az