Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 18 min 385 ədəd qaz sayğacı gətirilib.
Valyuta.az xəbər verir ki, idxal olunan bu sayda qaz sayğacına ödənilən vəsaitin həcmi 1 milyon 285 min 660 ABŞ dolları olub. İdxal olunan bir ədəd qaz sayğacının orta qiyməti 69,92 dollar (118 manat 80 qəpik) təşkil edib.
Bu dövrdə ən bahalı qaz sayğacı Fransadan alınıb. Belə ki, Fransadan idxal olunan iki ədəd qaz sayğacına 33 min 405 manat vəsait ödənilib ki, onun da bir ədədinin orta qiyməti 16 min 702,5 təşkil edib.
Azərbaycana qaz sayğacları gətirilən ölkələr və alınan sayğacların qiymətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Bu dövrdə Azərbaycandan xarici ölkələrə 6 ədəd qaz sayğacı satılıb. Satılan qaz sayğacının bir ədədinin orta qiyməti 88,33 dollar (150 manat 16 qəpik) olub. Birləşmiş Ərəb Əmirliklərinə 5 ədəd (bir ədədinin orta qiyməti 68 manat), Gürcüstana bir ədəd (561 manat) qaz sayğacı satılıb.
Əvəz Həsənov