AZ

16 yaşlı oğlan ailəsinin 4 üzvünü qətlə yetirdi, sonra polisə təslim oldu

ABŞ-ın Nyu-Meksiko ştatında yaşayan 16 yaşlı yeniyetmə ailəsinin 4 üzvünü öldürdüyü iddiası ilə ittiham olunur.

Publika.az xəbər verir ki, Dieqo Leyva adlı yeniyetmə gecə saatlarında səlahiyyətlilərə zəng edərək ailəsini öldürdüyünü etiraf edib.

Polis hadisə yerinə baxış keçirib, həmin vaxt Levya sərxoş olub, həmçinin evdən tapança və 4 ailə üzvünün meyiti tapılıb.

Nyu-Meksiko polisi Levyanın həbsxanaya göndərildiyini açıqlayıb. Levyanın keçmiş müəllimlərindən biri olan Vanessa Laqranc şagirdinin belə bir cinayət törədə biləcəyinə inana bilmədiyini deyib: "Mən heç vaxt belə bir şeyin ola biləcəyini düşünməmişdim. Dieqonun buna cəhd edəcəyinə inanmaq çətindir".

Hadisədə həyatını itirənlərin kimliyi hələlik açıqlanmayıb. Lakin Valensiya Yanğınsöndürmə İdarəsinin rəisi Matt Propp bildirib ki, qurbanlardan birinin könüllü yanğınsöndürən olduğuna dair sübutlar var.

phrase_var_article.chosen
18
1
publika.az

2phrase_var_article.sources