AZ

Hakim partiya sədri İSTEFA VERDİ - Cənubi Koreyada sular durulmur

Cənubi Koreyada prezident Yoon Suk Yeolun səlahiyyətlərinin dayandırılması ilə nəticələnən hərbi vəziyyət böhranı hakim Xalq Gücü Partiyasında da (PPP) çaxnaşmaya səbəb olub.

 

Sfera.az bildirir ki, bu dəfə PPP lideri Han Dong-hoon prezidentin işdən çıxarılmasının qarşısını ala bilmədiyi üçün partiya lideri vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb.

 

“Alternativlər axtarsam da, çarə tapa bilmədim. Mən günahkaram və üzr istəyirəm. Bu səbəbdən partiya rəhbərliyindən istefa verirəm”, - o qeyd edib. Han 6 saat qüvvədə qalan hərbi vəziyyətin bir PPP prezidenti tərəfindən elan edilməsindən təəssüfləndiyini bildirib: “Bu qərar mübarizə apardığımız mühafizəkar dəyərlərə, sənayeləşmə və demokratikləşməni eyni vaxtda əldə etmiş ölkəmizə və xalqımıza, partiyamızın möhtəşəm nailiyyətlərinə zidd idi”. Han Dong-hoon əlavə edib ki, prezidentin işdən çıxarılmasını tələb edən ikinci impiçment təklifini dəstəkləmək qərarına görə peşman deyil. 

 

Məlumata görə, hakim partiyanın qrup sədri Kvon Song-dong PPP-yə müvəqqəti sədrlik edəcək.

 

Qeyd edək ki, Cənubi Koreyada müxalifət dekabrın 3-də elan edilən hərbi vəziyyətə görə Yoon Suk Yeolun istefaya göndərilməsi üçün Milli Assambleyaya təklif təqdim edib. PPP səsverməni boykot etdiyi üçün birinci təklif etibarsız sayılıb. Han Dong-hoon PPP deputatlarının ikinci impiçment səsverməsində inanclarına və vicdanlarına uyğun qərar verməkdə azad olduqlarını söyləyib. Səsvermədən sonra Yeolun prezident səlahiyyətləri dayandırılıb.

 

Günay 


 

Seçilən
26
sfera.az

1Mənbələr