İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb. Bunu ölkənin baş naziri Əli Əsədov dekabrın 16-da Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib.
Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az