AZ

Suriya Mərkəzi Bankının daxili yazışmaları ŞOK faktlar üzə çıxardı: Pullar Rusiyaya BELƏ DAŞINIB 

Suriya Mərkəzi Bankı 2018 və 2019-cu illərdə Moskvaya iki ton nağd dollar və avro göndərib.


Məlumatı “Financial Times” (FT) Bankın korporativ yazışmalarına istinadən yayıb.

FT-nin məlumatına görə, Rusiyaya bir neçə təyyarə ilə təxminən 250 milyon dollar ekvivalenti daşınıb. Yükün 100 dollarlıq və 500 avroluq əskinaslardan ibarət olduğu və daha sonra Rusiya banklarına yatırıldığı iddia edilir.

“Financial Times” yazır ki, qeyri-adi köçürmələr Qərbin sanksiyaları Dəməşqi maliyyə sistemindən kənarlaşdırdığına görə Rusiyanın Suriya nağd pulu üçün ən vacib istiqamətlərdən birinə çevrildiyini göstərir.

Məqalədə həmçinin qeyd olunur ki, Əsəd “Kremlə borclu idi” və onun qohumları Rusiyada aktivlər alırdılar.

Suriya Mərkəzi Bankının məlumatları ilə tanış olan FT mənbəsi bildirib ki, 2018-ci ilə qədər ölkənin valyuta ehtiyatları “demək olar ki, sıfıra bərabərləşib”. Lakin sanksiyalara görə Suriya tənzimləyicisi ödənişləri nağd şəkildə həyata keçirməli olub. Qəzetin həmsöhbəti iddia edir ki, bank Rusiyadan buğda alıb, Suriya əskinaslarının Rusiyada çapı və “müdafiə xərclərini” ödəyib.//musavat.com


Seçilən
13
1
referans.az

2Mənbələr