AZ

"Formula-1"ə ayrılan pulların mənimsənilməsi ilə bağlı məhkəmə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid Zaur Məlikaslanov ifadə verib.
O deyib ki, BŞH-də Təchizat şöbəsinin direktoru olub:
"Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan "Formula-1" üçün lazım olan geyimlər və digər vasitələr idxal edilirdi. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, onlar "Formula-1"in standartlarına uyğun idi. "Dayton İnvestment LTD" şirkəti ilə müqavilə bağlananda mən iştirak etməmişdim. Danışıqları Çingiz müəllim aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesifik mallar idi. Mal alınandan, təhvil təslim olandan sonra ödəniş edilirdi".
Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti yox idi. O, bildirib ki, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə və departament direktoru imzalayıb.
"Çingiz müəllimin sifariş etdiyi mallarla gələn mallar arasında fərq yox idi. Təhvil-təslim aktlarına görə malları alırdıq. Qiymətlərlə bağlı hər hansı bir kriteriya yox idi. Bu razılaşma əsasında həyata keçirilirdi. Qiyməti birinci il Çingiz müəllim, sonra isə biz müəyyən edirdik. Bununla bağlı bütün səlahiyyətlər Çingiz Mehdiyevə verilmişdi. Bu onun təcrübəsindən irəli gəlirdi", - deyə şahid ifadəsində qeyd edib.
Məhkəmənin növbəti iclası yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, Çingiz Mehdiyev "Formula-1" yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Seçilən
28
oxu.az

1Mənbələr