"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp üçün Ukrayna və Rusiya arasında sülh danışıqları aparmaq çətin olacaq".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən fundamental fikir ayrılıqları var:
“Fikrimcə, sürətli danışıqlar olmayacaq. Bu müharibənin sonu o olacaq ki, bizdən yalnız birimiz salamat qalacaq: ya Ukrayna, ya da Putin”.
Həmçinin Kuleba Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsini yerinə yetirəcəyinə inanmır. Sabiq nazir hesab edir ki, Kiyev yenidən rus qoşunları tərəfindən təhdid edilərsə, Tramp fikrini dəyişmək məcburiyyətində qalacaq.
Müəllif: Mənsur Rəğbətoğlu