AZ

Təxribat və girovgötürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma iFŞA EDİLİB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təxribat və girovgötürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov, 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradov, 1998-ci il təvəllüdlü Kamran Kamil oğlu Babayev və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətməyə hazırlıq görmələri təsbit edilib.
Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib-hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.
Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar, həmçinin digər şəxslər istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.
Seçilən
4
41
oxu.az

3Mənbələr