1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "Sosial sığorta haqqında" Qanuna təklif olunan dəyişikliklə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta güzəştlərinin dövlət sektoruna münasibətdə tətbiqinin 2025-ci il yanvarın 1-də ləğvi nəzərdə tutulur.
Bunun hesabına dövlət büdcəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Layihə müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.