Bəşər Əsəd Suriyada hakimiyyətdə olarkən Moskvaya milyonlarla dollar nağd pulla bir neçə təyyarə göndərib.
“Mərkəzi Bank (Suriya. – RT ) 2018 və 2019-cu illərdə dollarla təyyarələr göndərib”, – ” Financial Times” məqaləsində məxfi sənədlərə istinadən deyilir.
Qeyd edildiyi kimi, təxminən iki tona yaxın əskinaslar 100 dollar və 500 avro nominalında göndərilib.
“2012-ci ildən saxlanılan qeydlərə görə, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb”, – materialda aydınlıq gətirilir.
Bundan əvvəl “The Wall Street Journal” Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollara çata biləcəyini yazmışdı.
DOĞRU.AZ