AZ

Donetsk vilayətində Rusiyanın sursat anbarı belə məhv edildi (VİDEO)

Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinin müvəqqəti işğal altında olan ərazisində, Markino kəndi yaxınlığında düşmənin artilleriya və minaatan sursatlarının saxlandığı anbarı məhv ediblər.  

Qaynarinfo xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarında çalışan məlumatlı mənbələr bildiriblər.  

"SBU-nun bir neçə gün əvvəl həyata keçirdiyi xüsusi əməliyyatın detalları üzə çıxıb. Təhlükəsizlik Xidmətinin dronları Donetsk vilayətinin müvəqqəti işğal altında olan Markino kəndi yaxınlığında yerləşən artilleriya və minaatan anbarlarını cəhənnəm alovuna bürüyüb”.  

Məlumatda bildirilir ki, həmin anbarlarda piyada döyüş maşınları (BM), tanklar üçün sursatlar, tank əleyhinə idarə olunan raketlər, minalar, qumbaralar və müxtəlif kalibrli milyonlarla güllə saxlanılıb.  

Mənbələrin verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində anbarda bütün gecə partlayışlar olub.  

Bundan əlavə, yalnız sursat anbarı deyil, yaxınlıqda yerləşən yanacaq-sürtgü materialları anbarı da məhv edilib.

Alpər

Seçilən
10
qaynarinfo.az

1Mənbələr