AZ

Türkiyədən Naxçıvana qaz çəkilişi nə yerdədir?

Baş nazir Əli Əsədov Türkiyə ərazisindən Naxçıvana ikinci qaz xəttinin çəkilməsindən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvana qaz təminatı yerinə yetirilir. Orada bu gün qaz təminatı 100 %-dir. Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”, - deyə Baş nazir bildirib.

Nuranə Daxilqızı

Seçilən
7
2
qafqazinfo.az

2Mənbələr