AZ

İranlı millət vəkili Azərbaycana böhtan atan deputatdan faktlar tələb etdi: “Əgər sübutun varsa, göstər...”

“Shoaresal” saytı xəbər verib ki, İran parlamentinin nümayəndəsi Kamran Qəzənfərinin ölkənin sabiq prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasında guya “Azərbaycanın da əli olması” iddiası ilə çıxışı geniş reaksiyalar doğurub. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri deputatın əsassız iddialarını tənqid atəşinə tutub.

“İran rəsmiləri heç vaxt hansısa məsələni yanlış şəkildə ictimaiyyətin diqqətinə çatdırmaq niyyətində olmayıb. Qəzənfərinin bu iddiaları haradan çıxardığı bəlli deyil və mən onları tamamilə rədd edirəm. Əgər onun buna dair əlində sübutu varsa, təqdim etsin və parlamentin Təhlükəsizlik Komissiyası bu məsələni araşdırsın”, - deyə, Kövsəri vurğulayıb.

Xatırladaq ki, ötən həftə deputat Kamran Qəzənfəri ekspertlərin iştirakı ilə keçirilən “İranın Fəryadı 2” adlı konfransda ölkənin keçmiş prezidenti İbrahim Rəisinin helikopter qəzasına uğraması ilə bağlı deyib: “İranın bəzi hökumət rəsmiləri qəza barədə danışmağı yersiz hesab edirlər. Ancaq buna görə İsrail və ABŞ məsuliyyət daşıyır və bunu Azərbaycanın köməyi ilə ediblər”.

visiontv.az



phrase_var_article.chosen
26
visiontv.az

1phrase_var_article.sources