Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən və dünyanın ən çox qazanan idmançısı olan Kriştiano Ronaldo 73 milyon dollara şəxsi təyyarə alıb.
Sherg.az xəbər verir ki, "Gulfstream G200" markalı təyyarəsini 20 milyon funta satışa çıxaran CR7-nin indi yeni oyuncağı- təyyarəsi var.
Eksteryeri karbon lifli olan reaktiv təyyarə 19 nəfər üçün nəhəng yaşayış sahəsi təklif edir və 983 km/saat sürətə çata bilir.