AZ

PREZİDENTDƏN SENSASİON BƏYANAT: "ÖLKƏDƏ "GÜRCÜ BAHARI" GÖZLƏNİLİR..."

Prezident Salome Zurabişvili parlamentin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə reaksiya verib və onu tənqid edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, o, prezident bu barədə özünün "X" sosial platformasında qeyd edib. Zurabişvili bildirib ki, Polis indi şəxsləri əvvəlcədən qanun pozuntularına əsaslanaraq cinayət törədə biləcəkləri ehtimalı ilə həbs edə bilər. Bundan əlavə, Salome Zurabişvili ölkədə davam edən etirazlara münasibət bildirib və qeyd edib ki, Gürcüstan gürcü baharını gözləyir. Sitat: "Gürcüstanda qeyri-adi rus qışı keçirik, amma qarşıda bizi gürcü baharı gözləyir".

Hakim partiyadan isə hələki bu sərt bəyanata reaksiya yoxdur.

A.Məmmədli

Seçilən
28
tezadlar.az

1Mənbələr