AZ

Rusiya, Suriya’ya buğda tədarükünü dayandırdı, Ukrayna yardıma gəlir

Suriya'da Baas rejiminin devrilməsi və Bəşar Əsədin ölkəni tərk etməsindən sonra hakimiyyət dəyişiklikləri və qeyri-müəyyənlik tədarük zəncirində problemlərə səbəb olub.

Fins.az xəbər verir ki, Rusiya ödəmə gecikmələri səbəbindən Suriya’ya buğda tədarükünü dayandırıb.

61 illik Baas rejiminin süqutunun ardından Suriya çətin bir dəyişiklik prosesinə daxil olub. Bir çox ölkə Suriya'nın yenidən qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.

Rusiyanın Suriya’ya göndərdiyi iki buğda yüklü gəminin varış nöqtələrinə çatmaması ilə başlayan çətinliklər, Rusiyanın buğda tədarükünü dayandırması ilə davam edib. Lakin, Ukrayna, Rusiyanın bu açıqlamasına cavab olaraq Suriya’ya buğda tədarük etməyə hazır olduğunu bəyan edib.

Seçilən
32
fins.az

1Mənbələr