AZ

Həftədə 3 dəfədən çox göbələk yemək olmaz- Həkim RƏYİ

Göbələyi həftədə üç dəfədən çox olmamaq şərtiyə yeyə bilərsiniz və onların gündəlik dozası 150-200 q-dan çox olmamalıdır.

Azpost.info xəbər verir ki, bunu rusiyalı qastroenteroloq və dietoloq Yekaterina Titova bildirib.

Mütəxəssisin sözlərinə görə, göbələklərin tərkibində olan polisaxaridlər bağırsaqlarda parçalanmır, onların qabığından çıxan xitin isə həzm olunmur.

“Həddindən artıq miqdarda polisaxaridlər bağırsaqlarda narahatlıqlara səbəb ola bilər. Həzm prosesinin pozulması, şişkinlik, qaz əmələ gəlməsi kimi nəticələrə gətirib çıxarır”, – həkim deyib.

Azpost.info

Seçilən
28
azpost.info

1Mənbələr