AZ

“Zəngəzur” romanı qanlı qırğınların bədii salnaməsidir

Tanınmış yazıçı-dramaturq, əməkdarincəsənətxadimi, məşhurikicildlik “Zəngəzur” romanınınmüəllifi ÆyyubAbasov70 il əvvəl - 1954-cü il dekabrın 18-də 52 yaşında vəfat edib.

Ədəbiyyat tarixində bəzən bir əsəri, elmdə bir kəşfi ilə də adını əbədiləşdirən yazıçılar, alimlər olub. 70 illik kommunist-sovet rejimi dövründə yaranan çox sayda əsərlər var ki, artıq bu gün ədəbiyyata, sənətə aidiyyəti olmayan makulatura məmulatına çevrilib, lazımsız poliqrafiya məhsulu kimi kənara atılıb qalıb. Ancaq o əsərlər yaşayır, müəllifin adını yaşada bilir ki, o zamanın bütün təqib, təzyiqlərinə baxmayaraq dövrün ədəbi qəliblərinə sığmayıb, kanonlardan kənara çıxıb, bütün mövcud risqləri görüb dəyərləndirməklə yenə də yazıçı-vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb, əks etdirib.

Əyyub Abasovun xalqımız, ədəbiyyatımız qarşısında ən böyük xidməti, yadigarı 2 cildlik 980 səhifəlik "Zəngəzur" tarixi romanıdır (“Nağıl Evi” mətbəəsi-2013). "Zəngəzur"a qədər daha çox şair, dramaturq kimi tanınan Ə.Abasovun bu romanı öncə vicdan və cəsarətin səsiydi, həm də müəllifin böyük ədəbi istedadının göstəricisi idi. 1918-ci il avqustun 5-də Andranik Ozanyanın 8 minlik nizami daşnak qoşunlarının Zəngəzurda ermənilərin törətdikləri qırğınları, ata, anasının, qardaşlarının, bütün doğmalarının qanına qəltan edildiyini, göz açıb ilk gördüyü, könül verib ilk sevdiyi Sisianın (Qarakilsə) qədim Şəki kəndinin, digər yurd yerlərinin yağmalanıb odlara qalandığını görmüşdü. Özü və tək bacısı bu vəhşətdən təsadüfən salamat qurtulmuş, yalnız 20 il sonra bir-birini tapmışdılar.

General Andranik Ozanyanın Zəngəzura hücumu, erməni əhalisi qarşısındakı çıxışlarında söylədikləri romanda dəfələrlə təkrar olunur: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır", "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır, türkü öldürməyənlər millət xainidir, özləri öldürülməlidir...”

Ä°nsan qəssabı Andronik biləndə ki, ilk hücumlardan sonra Sisianın bəzi müsəlman kəndlərindən hələ də sağ qalanlar olub, hirsindən dəli olur, əvvəlcədən işini ehtiyatlı tutur, elə mühasirə planları qurur ki, törətdiyi vəhşəti Zəngəzurdan kənara çıxarıb danışan canlı şahid qalmasın. "Andronik birinci davada buraxdığı səhvə yol vermək istəmirdi. Ä°kinci hücumda bütün çıxış yollarını kəsməli, heç kəsi salamat buraxmamalı idi."

Bu vampir xislətli cəllad quldurbaşı qoşununu və erməni əhalisini Gorusda bir meydana toplayıb “qələbə” münasibəti ilə onları təbrik edib deyir: “Gördünüzmü, Türkiyədə qırılan ermənilərin intiqamını Zəngəzur müsəlmanlarından necə alıram! Ä°ndi mən qalan müsəlman kəndlərinin də daşını daş üstə qoymayacağam. Mən Andranikəm, axırıncı soldatım qalana qədər vuruşacağam!”...

Bu da qədim Zəngəzur ellərində erməni daşnak dəstələrinin yaratdığı müdhiş mənzərənin romandakı təsviri: “Onlar yayın bu gözəl gecəsində kəndə qonaq deyil, ölümün pəncəsindən qurtulub gəlmişdilər. Bu adamlar dağıdılmış, yandırılmış ayrı-ayrı kəndlərdən: Şəkidən, Ağudidən, Vağüdidən, Uruddan, Qarakilsədən gəlmişdilər. Hamısı Andronikin topunun, tüfənginin ağzından qurtarmışdı. Lakin fəlakət onları yenə izləyirdi...”bala, vay”, “bacı, vay”,”ata, vay”, “yazıq balam, qaldı”, “yurdum, komam yandı”, “çö-rək...” fəryadı, ürəkləri yandıran ah-naləsəsindən qulaq tutulurdu...bu ətrafda yeməyə ot da, gicitkan da qalmayıb...”

Onun bu insanlıqdan uzaq vəhşiliyinə hətta, hələ ətrafda nələr baş verdiyini görüb anlamaqda çətinlik çəkən ermənilər də heyrətlə baxırdı, bu zülmə mat-məəttəl qalmışdı.

"Zəngəzur"dakı bu sözlər o illərdə yazılıb nəşr olunmuşdu ki, Ermənistan rəhbərliyi və dünyanın bütün ölkələrinə səpələnmiş erməni başbilənləri 1915-ci ildə Anadoluda türklər tərəfindən ermənilərin guya soyqırıma məruz qalmasının ildönümünü və Andranikin 100 illiyini  qeyd etməyə açıq və gizli şəkildə ciddi hazırlıqlar görürdü. Q.Qəribçiyanın, S.Xanzadyanın, A.Mikoyanın, Ä°.Baqramyanın kitablarında Andronikin artıq "Xalq Qəhrəmanı", "Erməni xalqının Xilaskarı" obrazı yaradılırdı.Ə. Abasov isə romanında bütün bu saxta tarixi alt-üst edirdi. Xalq yazıçısı, tənqidçi ədəbiyyatşünas Elçin həm də məhz bu amili nəzərə alaraq sosialist realizminin hakim ədəbi metod olduğu dövrdə Azərbaycan nəsrində yaranan belə cəsarətli əsərlərdən konkret ikisinin - Əyyub Abbasovun  "Zəngəzur" və  Mirzə Ä°brahimovun "Gələcək gün" romanlarının adını çəkir (Elçin "Sosrealizm bizə nə verdi?", "Ədəbiyyat" qəzeti, № 12, 05.04.2013).

Romanın əsas obrazlarından olan erməni keşiş Mesropun bu sözləri erməni kilsə düşüncəsinin ifadəsidir: "Mənim millətim hamı millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı qaldırsan, altından bir erməni tarixi çıxar..."

Hətta, çar Rusiyasının xarabalıqları üzərində, tarixi Azərbaycan-türk torpaqlarında yeni elan edilən Ermənistan Milli Şurasının qurucuları da eyni kinli fikirlərin daşıyıcıları idi. Bu bədnam şuranın Andranikin yanına danışıqlara göndərdiyi general Karo Hamparsumyan yenicə Ä°rəvanı özlərinə paytaxt etməyi bacaran başbilənlərinə məktubunda yazır: "Andronik ermənilərə millətçilik və başqa xalqlara qarşı ittiham hissi aşılamaqda bizim məqsəd və ideyamıza yaxındır." O da buradakı həmcinsləri ilə söhbətlərində bunu anladır: “əsas vəzifə şüarımızı unutmamaqdır. “Makrel sırpel”, yəni süpürüb atmaq. Ermənistanda ancaq ermənilər yaşaya bilər. Müsəlmanlar, ruslar ölkədən təmizlənməlidir. Andronikin başladığı, lakin axıra çatdırmadığı işi Xatisov hökuməti başa vuracaqdır.”

Cəllad Andronikdən sonra Zəngəzurun xarabalıqları üzərində at oynadan digər erməni generalları  - Dro, Hjde, Karo kimi erməni daşnak generalları da sanki amansızlıqda, vəhşi xislətdə yarışa girmişdilər: “Njde Şahmərdanın zəncirlənmiş qollarına, kürəyinə bənd edilmiş qaynar samovarın pörtələyib qabar atdığı kürəyinə baxıb qəhqəhə ilə güldü: - Birinci tamaşa qutardı, ikinci tamaşa daha maraqlı olacaq...Onları uçurumun kənarına çəkin!...”

 Zəngəzur qəzasının mərkəzi Gorusun yaxınlığında Tatev monastrında qərargah quran Njde əsir götürdüyü yerli kommunistləri, müsəlman əhalinin köməyinə gələn Qafqaz Ä°slam Ordusunun türk əsgər və zabitlərini, Qızıl Ordunun rus əsgər və zabitlərindən 200 nəfəri güllələtdirərək Tatev qalasından dərəyə tulladır. Bu detal romanda da əksini tapıb.

Ə.Abasov əsrin əvvəlində və sonunda Azərbaycan xalqının başına gətirilən müsibətlərin səbəbini, mahiyyətini obrazın dili ilə, uzaqgörənliklə təsvir edir; çar Rusiyasının Zəngəzurdakı pristavı Timofey Timofeyeviç Karpov şərait dəyişən kimi, burjua inqilabından sonra mərkəzin tapşırığı ilə dönüb olur “Zəngəzur” qubernatoru daşnakbaşı Andronik  qoşunlarının kəşfiyyat rəisi, 1-ci məsləhətçisi, sonra da öz yerini bolşevik Rusiyasının Zəngəzurda yaratdığı Tatev şura hökumətinin faktiki başçısı, qızıl ordunun polk komandiri Gerasimova verir.

Njde qırmızı rus ordusunun gəlişini öyrənəndə kömək üçün keşiş Mesropu silah-sursat gətirmək üçün Tehrana göndərir. Rus-fars birliyinin xalqımıza qarşı fitnə-fasadları romanda bədii əksini tapır.

Romanda bütün bu detallar arxiv sənədləri, gerçək faktlar, məhkəmə qərarları, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Komissiyanın topladığı sənəd-sübutlarla üst-üstə düşür.

Akademik Ä°sa Həbibbəyli bu sətirlərin müəllifinin “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabına (“Mütərcim” - 2016) “Tarixi gerçəkliyin böyük romanını yaradan görkəmli yazıçı” başlıqlı Ön sözündə bu cəhətləri əsas tutaraq yazır: “Zəngəzur” romanı XX əsrin əvvəllərinin erməni terroru ilə bağlı qanlı hadisələrinin obyektiv ədəbi salnaməsi hesab olunmağa layiqdir. Bu, Azərbaycan ədəbiyyatında Zəngəzur hadisələrinə həsr edilmiş ilk tarixi roman kimi mühüm əhəmiyyətə malikdir. Əsərdə Zəngəzur hadisələri bütün reallıqları, acı həqiqətləri ilə birlikdə obyektiv mövqedən əks etdirilmişdir. Bu mənada “Zəngəzur” romanı geniş oxucular üçün vətənpərvərlik məktəbi funksiyasını yerinə yetirdiyi kimi, tarixçilər üçün də mühüm bir mənbəşünaslıq bazası sayıla bilər. Əyyub Abasovun “Zəngəzur” romanında tarixiliklə bədiilik bir-birini tamamlayır”.

Ə.Abasov savadı, bilik təcrübəsi sayəsində gənc yaşlarından Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, maarif şöbəsinin müdiri olub, «Kommunist» qəzetinin  redaksiyasında çalışıb, Leninqradda 3 illik redaktorluq və tərcüməçilik kursunu bitirib, Nazirlər Soveti yanında Ä°ncəsənət İşləri üzrə Komitəsində işləyib, Ä°kinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub,  MK-da təlimatçı, Bakı Teatr Məktəbinin direktoru, nəşriyyatda redaktor olub. Ä°lk yazıları ilə istedad sahibi olduğunu göstərib, Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin fəal yazarlarından idi. 21 yaşında Naxçıvanda yaradılan “Qızıl Qələm” Ədəbi Birliyinin rəhbəri seçilmişdi, 1932-ci ildə Naxçıvan Sovet Yazıçılar Cəmiyyətinin buraxdığı ilk kitab onun “Mübarizə” adlı şeirlər toplusu idi, sonra da 10-dan çox kitabı, “Seçilmiş əsərləri” (20 min tirajla) çıxdı, 20-dən çox şeirinə musiqi bəstələndi, pyesləri səhnəyə qoyuldu, Sabit Rəhman 1948-ci ildə Yazıçılar Ä°ttifaqının hesabat məruzəsində Ə.Abasovun Abdulla Şaiqlə yanaşı “uşaq ədəbiyyatı sahəsində çalışan ən qabiliyyətli yazıçı” olduğunu demişdi, tərcümələri kitab şəklində kütləvi tirajla növbəsiz buraxılırdı (Muxtar Auezzov “Abay”, Cambul, A.Markov, Y.Dolmatovski, S.Mixalkov və s), tanınmış simalar, ədəbi tənqidin ən məşhur simaları – Süleyman Rəhimov, Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər, Cəfər Cəfərov, xalası oğlu Əkrəm Cəfər, kürəkəni professor Cahngir Qəhrəmanov onu ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri kimi dəyərləndirirdi, xeyirxahlığı, səmimiyyəti ilə də ədəbi camedə xüsusi nüfuz qazanmasından konkret detallar yazıb. Sovet-KQB rejiminin tüğyan etdiyi bir dövrdə “Zəngəzur”u yazmaqla onu gözləyən təhlükələri də görməyə bilməzdi, ancaq bunların heç biri onu həmvətənlərinin yaşadığı ağrı-acıları, doğulub uşaqlıq illərini keçirdiyi Zəngəzur ellərinin faciələrini qələmə almaqdan çəkindirə bilməmişdi. Ə.Abasov XX əsrin 50-ci illərində “Zəngəzur”u yazmaqla uzaqgörənliklə bizə erməni məkrini anlatmışdı, xalqımızın yenidən soyqırımı, etnik təmizləmə siyasətinə məruz qalacağını çatdırmaq istəmişdi, duyuq salmışdı, bu dərslərdən ibrət almağa, ayıq-sayıq olmağa çağırmışdı, təəssüf, tarixin dərslərindən ibrət almamışdıq, bu səbəbdən daha ağır faciələr yaşamalı olmuşduq.

Hətta, senzuradan keçirmək üçün romanın süjet, kompozisiyasına, zəngin obrazlar sisteminə qatdığı xalqlar dostluğu, kommunist ideyalarının təbliği də onu xilas edə bilmədi. Romanın 2-ci cildi çıxandan az sonra Əyyub Abasov 1957-ci ilin 18 dekabrında 47 yaşında istedad və yaradıcılığının püxtələşdiyi bir vaxtda şübhəli şəraitdə “ürəktutması”ndan həyatla vidalaşdı. Və hər şey bundan sonra aşkar bəlli idi; “Zəngəzur” romanı qısa vaxtda satışdan, kitabxanalardan yığışdırıldı, qadağan edildi, son nüsxələrinin də yığılması üçün gizli kampaniya başlandı.

Müasir Azərbaycanın qurcusu Heydər Əliyevin ata-baba yurdu xalqımızın qədim, əzəli yurd yerlərindən olan Zəngəzur mahalının Sisian bölgəsinin Comardlı kəndidir. "Zəngəzur" romanı taleyin hökmü ilə Naxçıvanı özünə yurd seçmiş əməksevər insan Əlirza kişi ilə Ä°zzət xanımın ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxunurdu. “Belə bahar günlərinin birində Əlirza və Ä°zzət Əliyevlərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Körpəyə Ä°zzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmuş qardaşı Heydərin adını (heydər - başçı, öndə gedən deməkdir) qoydular. O Heydərin yaşı həmişəlik iyirmi üç olaraq qaldı... Ä°llər ötəndən sonra Əliyevlər ailəsində Əyyub Abasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki bu iki qalın cilddə yazılanları oxuyan Şəfiqə eynən bu hadisələri, analarının da ona danışdığını qardaşlarına söyləmişdi. - Yanılmırsan, Şəfıqə, - deyə Həsən təsdiq elədi. - Bu kitabı yazan adam didərginlik ağrısını çox dəqiq göstərmişdir”. (V.Andriyanov, H.Mirələmov. Heydər Əliyev. Bakı, “Nurlan”, 2008, səh.13-14,  www.kulis.lent.az saytı, “Heydər Əliyevin bacısı anası haqqında danışır”, 10 may 2013)

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanının icrasının həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planında Əyyub Abasovun "Zəngəzur" romanının Azərbaycan və rus dillərində təkrar nəşrinə də (30 çap vərəqi) qərar verilmişdi. Lakin o illərdə mühüm postlarda yuva qurmuş  milli düşüncədən uzaq məmurlar bu kitabın nəşrinə imkan vermədilər və bu işi mərhumun alim nəvəsi –Elçin Qəhrəman oğlu Cahangirov övlad sevgisi ilə yerinə yetirdi. 2021-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən, hər günü xalqımıza qələbə sevinci, qürur yaşadan Vətən müharibəsində tarixi Zəngəzurun şərq hissəsi işğaldan azad edilərək yenidən Ana Vətən Azərbaycana qovuşdu. Vətən müharibəsində hərbi əməliyyatlara, döyüşlərə yüksək komandanlıq bacarığı ilə rəhbərlik etməsi ilə də ümumxalq sevgisi qazanan Müzəffər Ali Baş Komandan Ä°lham Əliyev böyük siyasi uzaqgörənliklə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə “Şərqi Zəngəzur iqtisadi rayonu” (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaratdı. Ä°ndi o yerlərdə geniş miqyaslı dirçəliş, bərpa, tikinti-quruculuq işləri aparılır, Şərqi Zəngəzur dirçəlir, yenidən məskunlaşdırılır. Prezident Ä°lham Əliyev qarşıdakı strateji hədəfləri, yol xəritəsini də elan etdi: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz Ä°rəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

                  Bütün yollar bizi şərqli, qərbli bütöv Zəngəzura aparır.

                  Bu isə “Zəngəzur” romanının son sətridir: “biz o yerlərə dönəcəyik!”

                  Dünyaya göz açdığı yurdunda müsibətlərgörüb yaşayan, o faciələrin ədəbi salnaməsini yaradan, Zəngəzur ellərimizə dönəcəyimiz günə inanan ədibimiz Əyyub Abasovun ruhu şad olsun!

 

Hacı NƏRİMANOĞLU,

"Zəngəzur" Cəmiyyətləri Ä°ctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

phrase_var_article.chosen
23
adalet.az

1phrase_var_article.sources