Adam dörd il OpenAI-da işləyib, sonra qəfil işdən çıxıb və qanunsuzluqları ifşa edən bir sıra ictimai bəyanatlar verib.
QHT.az xəbər verir ki, ABŞ-da OpenAI-nin keçmiş əməkdaşı, ChatGPT-nin inkişafında iştirak etmiş Suxir Balaji müəmmalı şəraitdə ölü tapılıb. San-Fransisko polisi noyabrın 26-da onun mənzilində meyitini aşkarlayıb. Ekspertiza ölüm səbəbini intihar kimi qiymətləndirib. Dörd il OpenAI-də çalışmış Balaji, 2024-cü ilin avqustunda işdən ayrıldıqdan sonra şirkəti müəllif hüquqlarını pozmaqda ittiham edirdi. O, OpenAI-nin qanunsuz məlumatlardan istifadə etdiyini və bunun internet ekosistemini məhv etdiyini bildirirdi.
OpenAI ittihamları rədd edərək, fəaliyyətlərinin hüquqi standartlara uyğun olduğunu açıqlayıb. Şirkət Balajinin ailəsinə başsağlığı verərək, faciədən dərin sarsıldığını bildirib. Balajinin ölümü ilə tənqidlərinin mümkün əlaqəsi suallar doğurub.
R.İmanov