AZ

İsrail bu ölkədəki səfirliyini bağlayır

Bazar günü İsrail Xarici İşlər Nazirliyi “İrlandiya hakimiyyətinin sərt anti-İsrail siyasətinə görə” Dublindəki səfirliyini bağlamaq qərarını açıqlayıb.

  News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel” qazeti yazıb. 

“İrlandiyanın antisemit hərəkətləri və ritorikası yəhudi dövlətinin qeyri-qanuniləşdirilməsinə və demonizasiyasına, həmçinin ikili standartlara əsaslanır. Belə ki, İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib”, - İsrailin xarici işlər naziri Gideon Saar bildirib. 

Qəzetin məlumatına görə, İsrail artıq may ayında, Dublin Fələstin dövlətini tanıdıqdan sonra İrlandiyadakı səfirini geri çağırıb, lakin İrlandiya səfiri İsraildə fəaliyyətini davam etdirir.

Seçilən
42
27
news365.az

10Mənbələr