AZ

"Əsəd kimi ölkəmdən qaçmayacağam - Serbiya prezidenti

Noyabrın 1-də Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının damının uçması nəticəsində 15 nəfər həyatını itirib və bu hadisədən sonra ölkə boyu genişmiqyaslı etirazlar başlayıb. Etirazçılar çöküşün səbəbinin infrastruktur layihələrindəki korrupsiya və səhlənkarlıq olduğunu bildiriblər. 

"Unikal" xəbər verir ki, etirazların davam etməsi fonunda Serbiya prezidenti Aleksandar Vuçiç yeni bəyanatla çıxış edib.

Vuçiç ölkəsində etirazların geniş vüsət almasından sonra xarici kəşfiyyat xidmətlərinin onu devirməyə çalışdığını iddia edib.  Serbiya lideri "Instagram"da yayımladığı videomüraciətində "Mən Serbiya uğrunda döyüşəcəyəm və yalnız Serb xalqıma və Serbiyanın bütün digər vətəndaşlarına xidmət edəcəyəm. Mən heç vaxt Serbiyanı məğlub etmək, alçaltmaq və məhv etmək istəyən əcnəbilərə xidmət etməyəcəyəm", - deyib. 

Ölkənin əleyhdarları prezidenti qatar qəzasından sonra Suriyada hakimiyyətini itirərək Moskvaya qaçan Əsədlə müqayisə edərək, onun ölkəsindən qaça biləcəyini düşündüklərini bildiriblər.

Videoda Vuçiç universitet tələbələrinin də daxil olduğu son genişmiqyaslı etiraz aksiyalarının Qərb tərəfindən maliyyələşdirildiyini və onu və hökumətini devirmək üçün “ölkəni zəiflətmək üçün müxtəlif qarışıq taktikalardan istifadə edildiyini” iddia edib.

Vuçiç rəqiblərimin Əsəd bənzətməsinə də toxunaraq, “Əgər mənim Əsəd olduğumu və harasa qaçacağımı düşünsələr, qaçmayacağam", - deyib. 

Serbiya hökuməti Rusiya və Çinlə çox yaxın əlaqələri qoruyaraq rəsmi olaraq Avropa Birliyinə üzv olmaq istəyir.

Gülayə Mecid 

phrase_var_article.chosen
15
19
unikal.az

10phrase_var_article.sources