AZ

10 min manatlıq lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblar

Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya Daxili İşlrə Nazirliyindən məlumat verilib.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
17
14
apa.az

10Mənbələr