Son illərdə burun əməliyyatlarına müraciət edən şəxslərin sayı artmaqdadır. Bəzi insanlar burun quruluşunu dəyişdirmək, digərləri isə tənəffüs problemlərini aradan qaldırmaq məqsədilə bu əməliyyata baş vururlar. Həkimlər burun estetik əməliyyatlarının həm sağlamlıq, həm də psixoloji təsirləri təmin edə biləcəyini bildirirlər.
Əməliyyata gedən şəxslər hansı məlumatları bilməlidir?
Mövzu ilə bağlı lor cərrah Op. Dr. Cavid İsmayılov Milli.Az-a açıqlama verib.
- Xəstəyə yaraşan burun necə seçilir?
Əməliyyatdan öncə pasientimizlə görüşüb burun görünüşündə pasientimizin istəkləri və istəmədikləri haqda danışılır və bizim tərəfimizdən tövsiyələr verilərək edəcəyimiz yeni burun formasına qərar verilir.
- Əməliyyatdan sonra burun ucu düşmə ehtimalı ilə insanlar daha dik burun modeli istəyirlər. Bu fikir doğrudur?
Əməliyyatdan sonra ilk 6 ay ərzində burun ucunu dəstəkləyən saplar əriyənə qədər burun ucunda cuzi 1mm-2mm'lik bir enmə olur. Əgər əməliyyat düzgün icra edilibsə və pasiyentlər əməliyyatdan sonra verilən təlimatlara əməl ediblərsə burun ucunda ciddi düşmə,sallanma baş vermir.
- Burun əməliyyatı hansı fəsildə edilməsi uğurludur?
Burun əməliyyatı üçün xüsusi bir fəsil və ya ay yoxdur.İstənilən zaman icra edilə bilər.
- Hansı hallarda ölüm faktı qeydə alınır, kimlərə əməliyyat olmaz?
Əməliyyatdan öncə edilən analizlərdə ciddi bir problem olarsa və ya pasientin hər hansı əməliyyata əks göstəriş olacaq ciddi yanaşı xəstəliyi varsa, əməliyyat icra edilmir.
- Ən yaxşı burun nəfəs almada problem olmayan burundur deyilir. Nəfəs almada hansı hallarda problemlər ola bilər?
Əgər burun daxilində çəpər əyriliyi, konxa dediyimiz burun ətlərində böyümə, poliplər,xoş xassəli və bəd xassəli şişlər və s. varsa burun tənəffüsündə çətinliyə səbəb ola bilər
- Əməliyyatdan sonra bəzi həkimlər tampon taxmağa ehtiyac duymurlar. Tampon nə dərəcədə vacibdir?
Artıq keçmiş zamanlarda istifadə edilən bint tamponlar demək olar ki, tarixə qovuşub. Əgər burun içərisində çəpər əməliyyatı da icra edilirsə, silikon tamponlardan istifadə edilir.Əgər çəpərdə heç bir problem yoxdursa, burun içərisinə silikonlar qoyulmaya bilər.
- Hər həkimin metodikası ayrıdır ya eyni proses fərqli həkimlər? Bütün xəstəxanalarda eyni aparat olur yoxsa aparatda önəm kəsb edir əməliyyat sırasında?
Rinoplastika əməliyyatı fərqli yanaşmalar, fərqli metodlar ilə icra edilə billir.Burada istifadə edilən cihazların,alətlərin də çox böyük önəmi və ən önəmlisi cərrahın əməliyyat zamanı görən gözü, düzgün qərar verən ağlı və bunları icra edə bilən əlləri olmalıdır.
- Pasientlər necə psixoloji hazır duruma gətirilir?
Pasientlərin əməliyyat öncəsi psixoloji və nevroloji vəziyyəti çox önəmlidir.Əgər problem varsa, ixtisası üzrə mütəxəssisə yönəltmək lazımdır. Psixoloji və nevroloji vəziyyət normal olduğundan əmin olduğumuz zaman əməliyyatı icra edirik
- Əməliyyatdan neçə müddət sonra burun tam öz formasını alır?
Bu müddət orqanizmdən, pasientin yaşından, dərisinin quruluşundan asılıdır.Adətən incə dərili burunlar 1 ilə tam formalaşır, qalın dərili burunlarda bu müddət hətta 3 ilə qədər də davam edə bilər.
- Əməliyyat olmaq istəyən şəxslərə tövsiyələriniz?
Pasientlərə tövsiyəm həkim seçərkən həkim haqqında ətraflı araşdırsınlar.
Aysel Əkbər
Milli.Az