AZ

Ermənistan Acarıstan səviyyəsində olacaq

“Türkiyə və Azərbaycan etnik qohumluq və Ermənistana güc tətbiq etmək təhlükəsi əsasında siyasət aparır”. Tribunainfo.az xəbər verir ki, bu sözləri deputat Armen Rüstəmyan deyib.
O iddia edib ki, bu strategiyanın mahiyyəti türkdilli ölkələrin böyük Turan ideyası ilə birləşməsi və o geosiyasi məkanda digər ölkələrin türkləşdirilməsidir. “Bu strategiya ilə ardıcıl hərəkət etməklə Türkiyə-Azərbaycan tandemi artıq Qarabağı ermənisizləşdirməyə nail olub. İndi isə Ermənistanın türkləşdirilməsinə hazırlaşır. Bu, o deməkdir ki, həyati əhəmiyyətli güzəştlər sayəsində Ermənistan Türkiyənin Acarıstana çox bənzəyən hüquqi cəhətdən mövcud, lakin faktiki asılı bir vahidinə çevrilir”.

Seçilən
20
tribunainfo.az

1Mənbələr