AZ

Kuleba Britaniyanın baş nazirini Ukraynaya dəstəyi azaltmaqda ittiham etdi

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Böyük Britaniyanın baş naziri Kir Starmerin Ukraynaya dəstəyini zəiflətdiyini bildirib. 

HİT.az "The Guardian"a istinadən xəbər verir ki, Kuleba əvvəlki Mühafizəkar hökumətin ABŞ-ı Ukraynanı dəstəkləməkdə daha cəsarətli olmağa inandırdığını Leyboristlərin isə Ağ Evin mövqeyini izlədiyini bildirib.

"Boris Conson yüksək hədd qoydu. Rişi Sunakın bu həddi aşmaq və onu daha da irəli çəkməkdən başqa çarəsi yox idi", deyə Kuleba vurğulayıb.

O qeyd edib ki, Kir Starmerin Leyboristlər hökuməti hakimiyyətə gələndə Ukrayna hər şeyin əvvəlki kimi qalacağına dair təminat alıb. 

"İstefa verməzdən bir neçə həftə əvvəl Britaniya rəsmiləri ilə keçirdiyim yeganə xoşagəlməz söhbət oldu. Bu, "Storm Shadows" reketlərinin tədarükü və onlardan müəyyən hədəflərə qarşı istifadə icazəsi ilə bağlı idi. Və bu, genişmiqyaslı işğalın başlanmasından bəri ilk xoşagəlməz söhbət oldu. Bəlkə də buna səbəb yeni hökumətin ehtiyatlı davranması və qərarlara tələsmək istəməməsi olub", deyə Kuleba bildirib.

O vurğulayıb ki, Britaniya Ukrayna ilə bağlı amerikalılarla danışıqlar aparmalı, yalnız ABŞ-ın verdiyi qərarlara əməl etməməlidir.

Samir

Seçilən
21
hit.az

1Mənbələr