AZ

Cüdoda tətbiq olunacaq yeni qaydalarla bağlı beynəlxalq seminar keçirildi

Dekabrın 13-də Beynəlxalq Cüdo Federasiyası (IJF) cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmi olaraq elan etdi. 

"Operativ Media" xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Qaydalar ilə bağlı elanın ardından dekabrın 14-15-də IJF tərəfindən Türkiyənin İstanbul şəhərində iki günlük Texniki Seminar təşkil olunub. Tədbirdə 79 ölkədən 326 iştirakçı bir araya gəlib. Seminar zamanı IJF-in Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.

Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyun ayında keçiriləcək böyüklər arasında Dünya Çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, seminarda Azərbaycan Cüdo Federasiyasından vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev iştirak ediblər.

Seçilən
12
4
operativmedia.az

10Mənbələr