“Elbit Systems” şirkəti İsrail Müdafiə Qüvvələrinə qabaqcıl rabitə sistemləri tədarük edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və İsrail Müdafiə Nazirliyi arasında ümumi dəyəri 130 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.
Müqavilələrə SDR (Software-Defined Radio) ailəsindən olan minlərlə qabaqcıl rabitə sisteminin, peyk rabitə sistemlərinin və avtonom platformalar üçün məlumat bağlantılarının tədarükü, habelə döyüş qüvvələrini dəstəkləməkdən ötrü 24/7 fəaliyyət göstərən regional texniki xidmət mərkəzlərinin genişləndirilməsi daxildir.