AZ

BANM-da “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və təcrübə” kitabının təqdimatı olub

SOCAR-ın Bakı Ali Neft Məktəbində “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və təcrübə” adlı akademik dərsliyin təqdimat mərasimi keçirilib. 

FED.az xəbər verir ki, təqdim olunan dərslik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və “SOCAR Türkiyə” şirkətinin təşkilatçılığı ilə nəşr edilib. Kitabın layihə rəhbəri isə “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru Elçin İbadovdur.

Təqdimat mərasimində SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün xanım Hüseynova, “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru cənab Elçin İbadov, “SOCAR Green”in baş direktoru cənab Elmir Musayev iştirak ediblər. 

Tədbiri açan rektor Elmar Qasımov dərsliyin ekoloji məsələlərdə vacib bir mənbə olduğunu vurğulayıb. Rektor bu kitabın tədris prosesi ilə yanaşı, ətraf mühitin qorunması sahəsində də mühüm töhfə verəcəyini bildirib. 

Daha sonra “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru və layihənin rəhbəri Elçin İbadov çıxış edərək kitabın hazırlanması prosesində qarşıya qoyulan məqsədlər barədə danışıb. Ekoloji maarifləndirmənin SOCAR-ın əsas prioritetlərindən biri olduğunu bildirib. O, bu kitabın “yaşıl iqtisadiyyat” istiqamətindəki layihələrə elmi dəstək rolunu oynayacağını vurğulayıb. 

Öz növbəsində, “SOCAR Türkiyə”nin Baş direktorunun Koordinasiya ofisinin direktoru və dərsliyin layihə koordinatoru Səməd Səfərov və Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov çıxış ediblər.  

Qeyd edək ki, dərslik tələbələr, tədqiqatçılar və LCA (Life Cycle Assessment) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Seçilən
11
fed.az

1Mənbələr