AZ

Sahib Məmmədov: “Komitə Ermənistanın girovlar və kütləvi məzarlarla bağlı məlumat verməməsindən narahatdır”

BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi 114-cü sessiyasının yekunlarına əsasən Ermənistanla bağlı qəbul etdiyi yekun müşahidələrdə (Concluding observations) tərəfimizdən verilən alternativ hesabatın bir necə hissəsindən istifadə edib. Biz sessiyadan qabaq komitə üzvləri üçün brifinq keçirib bəyanat da təqdim etmişdik. Həmçinin Ermənistan üzrə həmməruzəçilərlə qeyri-formal görüşülərimiz də olmuşdu".

QHT.az xəbər verirki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib. Onun sözlrinə görə,  sessiya dövründə yalnız Azərbaycanla bağlı 10-a qədər sual verildi, sullardan biri də onların hesabatında geniş əksini tapan girov və əsir götürlümüş və itkin düşmüş şəxslərlə bağlı idi:

"Biz hesabatda indiyədək Ermənistanın bu şəxslərin taleyi haqda məlumat vermədiyini, işğaldan azad edilmiş ərazilərdə indiyədən 18 kütləvi məzar yerinin tapıldığını qeyd etmişdik. Komitə üzvləri Ermənistanın rəsmi nümayəndə heyətinə məlumatın verilməməsinin, Azərbaycanla bununla bağlı əməkdalğın edilməməsinin səbəblərini soruşmuşdu. Xarici İşlər Nazirinin müavini isə Komitə qarşısında söz vermişdir ki, bundan sonra həm Azərbaycanla həm də Beynəlxalq Qırımızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək məlumatları verəcəklər. Əlbəttə onların söz verməsi, hələ sözlərinə əməl edəcəkləri anlamı vermir. Amma əməl etməsələr biz izlaəmə (Follow-up) proseduru çərçivəsində bir daha qaldıracağıq. Komitənin bunla bağlı narahatlıq və tövsiyəsini aşağıda veririk".

O həmçinin vurğulayıb ki, STM ilə yanaşı, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi, Ombudsman Ofisi və digər qurumlar da sessiya üçün alternativ hesabat təqdim ediblər.

Seçilən
3
qht.az

1Mənbələr