"Yeni Naftalan Company" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 464-cü (məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilib.
İşə hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Yeni Naftalan Company" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə