ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın təhlükəsizlik zəmanəti tələblərini heç vaxt təmin etməyəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
"Tramp təkcə Ukraynanın müdafiəsi üçün heç bir məsuliyyət daşımadan müharibəni bitirməyə deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin öhdəliklərini azaltmağa çalışır", - deyə vurğulanıb.
Bildirilir ki, son nəticədə Kiyevin Şimali Atlantika Alyansına daxil olması Ukrayna prezidenti Volodimir Zelenskinin həyata keçməmiş ümidi olaraq qalacaq.
Daşqın HəsənovMissiya.Az