AZ

“Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib

YAP Sumqayıt şəhər təşkilatında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, Dahi liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin növbəti- üçüncü məşğələsi keçirilib. Məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, ilk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Ramiz Hüseynov çıxış edərək qeyd edib ki, təhsil sahəsində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin yüksək sürətlə inkişafına əsaslı zəmin yaradır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva dinləyicilərə "Təhsilimizin milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu" mövzulu məruzə oxuyub. İlhamə Abdullayeva bildirdi ki, Azərbaycanın inkişafının çox vacib istiqamətlərindən və bu inkişafın kökündə dayanan amillərdən biri təhsil sahəsində həyata keçirilən islahatlar və bu islahatlar nəticəsində əldə olunan nailiyyətlərdir. Azərbaycan təhsili ölkəmizin bugünkü və gələcək inkişafının əsasını təşkil edən sistemə çevrilib. Məmnunluq hissi ilə demək lazımdır ki, bu gün Azərbaycanda yüksək təhsilli, bilikli, müasir dünyanı dərk edən və bu dünyanın fəal üzvünə çevrilməyə layiq olan gənclərimiz formalaşıb. Bu gənclərin formalaşmasında təhsilimizin müstəsna rolu var və bu rol getdikcə artır. Biz əminik ki, təhsilimiz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində bundan sonra da inkişaf edəcək, daha da müasirləşəcək, Azərbaycanın inkişafının fundamental amillərindən və əsaslarından biri kimi daha böyük faydalar gətirəcək

Məruzəsinin sonunda İlhamə Abdullayeva qeyd edib ki, xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycan gəncliyini daha parlaq gələcəyə аpаrаcaqdır. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və оnun əziz xatirəsi Azərbaycan gənclərinin qəlbində əbədi yaşayacaqdır.

Seçilən
50
ikisahil.az

1Mənbələr