AZ

Xırdalanda dostların davası qanla bitdi: Bıçağı sinəsinə sancdı

Abşeron rayonunda 2008-ci il təvəllüdlü Muxtar Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 16 yaşlı Həsən Əliyevi bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 sentyabr 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. 

Muxtar yaşadığı evin qarşısında küçədə kabab bişirmək üçün ocaq yandırdıqları zaman küçədən onlara salam verərək keçən tanışları Həsən və Elşada zarafatyana “özünüz yatıb özünüz dura bilirsiniz?!” deyib.  Elşad onun həmin sualına eyni sualla cavab verdiyindən, onu kənara çəkib “sənin başın uje getdi” deyib onun sualına bu formada sualla cavab verməsinə irad bildirib. 

Həmin vaxt Muxtar Elşadı itələdiyi üçün sonuncu yaranan mübahisə gedişində onun baş nahiyəsinə yumruq zərbəsi endirib və onlar arasında dava düşüb. Artıq mübahisənin davaya çevrildiyini görən Həsən davaya müdaxilə edib və onları aralaşdırmaya çalışarkən Muxtar toyuq ətini doğramaq üçün götürdüyü bıçaqla onun vurub. 

Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Həsən və Elşadı Xırdalan şəhərində yaşadığı vaxtlardan qonşuları kimi tanıyıb, həmin şəxslərlə münasibəti normal olub, heç bir ədavət və düşmənçilikləri olmayıb: “8 sentyabr 2023-cü ildə, saat 18 radələrində Xırdalan şəhərində yaşayan tanışım Burhan zəng edərək evdə tək olduğunu, mənə yaşadığı ünvana gəlməyimi təklif etdi. Mən bununla razılaşdım və evdən çıxaraq həmin ünvana yollandım. Mən Burhanın yaşadığı ünvana gedərək çatan zaman saat 19 radələri olub. Burhan qapıda məni qarşıladıqdan sonra içəri evə daxil oldum. Evdə Burhanın, adını bilmədiyim dayısıda vardı. Evdə oturub bir qədər söhbət etdikdən sonra Burhan ürəyindən kabab keçdiyini və kabab yemək istədiyini bildirdi. Burhan məndən kabab bişirə bildiyimi soruşdu. Mən də bunu bacardığımı bildirdim. Bu məqsədlə Burhan toyuğu götürərək doğramam üçün mənə verdi. Mən toyuğu götürərək doğramağa başladım. Doğradıqdan sonra toyuqları şişə çəkdim. Kababı bişirmək üçün ocaq yandırmaq lazım oldu. Lakin Burhangilin yaşadığı evdə həyət sahəsi olmadığından ocağı küçə qapısının qarşısında yandırmağı qərarlaşdırdıq”. 

Muxtar qeyd edib ki, həmin vaxt oradan əvvəl yaşadığı məhlədən tanıdığı Həsən və Elşad məhlədən keçilər: “Mən Həsən və Elşada salam verdim. Həsəndə mənə cavabında salam verdi və oradan keçərək getdilər. Küçədə daşları yerə qoyaraq ocağı yandırdıqdan sonra şişləri ocağın üstünə qoyduq. Burhan və mən ocağın başında duraraq kababların bişməsini gözlədik. Təxminən 15 dəqiqə sonra Həsən və Elşadın qayıtdıqlarını gördüm. Həmin vaxt saat təxminən 21 radələri olub. Həsən və Elşad yanımıza çatdıqda onlara qonaq olmalarını bildirdik. Həsən və Elşad bununla razılaşaraq orada gəlib yanımızda dayandılar. Həmin şəxslərlə zarafatım olduğu üçün Elşad və Həsənə “özünüz yatıb özünüz dura bilirsiz?” deyə zarafatcasına sual verdim. Həsən mənə cavabında “hə” dedi. Elşad isə verdiyim suala cavab olaraq “bəs sən?” deyə sual verdi. Mən isə sualı Elşada verdiyimi bildirdim. Ocağın istisi çox olduğundan 4-5 metr kənara çəkildik. Kənarda olarkən mən yenə sualı Elşada verdiyimi dedim. Elşad anidən yumruq zərbələri ilə sifətimə vurmağa başladı. Həmin vaxt Həsən də təpiklə məni vurmağa başladı. Mən yerə yıxıldım. Yerə yıxılan zaman Elşad və Həsən məni yerdə yumruq və təpiklə vurmağa başladılar. Burhan araya girərək bizi ayırmağa çalışdı. Mən gözümün anidən ocağın kənarında olan, toyuğları doğramaqda istifadə etdiyim bıçağa sataşdı. Ayağa qalxaraq dərhal həmin bıçağı götürdüm. Bıçağı götürdükdən sonra əvvəlcə yaxınlığında olan Elşadın qarın nahiyəsinə iki dəfə bıçaqla vurdum. Daha sonra orada olan Həsənə də eyni bıçaqla iki dəfə qarın nahiyəsindən vurdum. Mən etdiyim hərəkətimdən qorxduğumdan qaçaraq oradan uzaqlaşdım və hadisəni törətdiyim bıçağı özüm ilə götürdüm. Səhərə qədər  Xırdalan şəhərində yerləşən “Ana-Bala” adlanan parkda gecələdim. Səhər açıldıqdan sonra evə getdim. Mən evə getdikdə artıq anam törətdiyim əməldən xəbərdar olmuşdu. Səhər saat 11 radələrində anam Yeganə ilə birlikdə hadisəni törətdiyim bıçağı götürərək Abşeron rayon Polis İdarəsinə gəldim və etdiyim əməli səmimi olaraq etiraf etdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muxtar 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az
phrase_var_article.chosen
35
demokrat.az

1phrase_var_article.sources