Naxçıvan, 16 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 6 milyon 598 min 600 ton yük, 43 milyon 584 min 500 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,2 faiz artıb.
Həmçinin bu dövrdə informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 32 milyon 81 min 700 manat olub. Xidmətlərin 46,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.