AZ

Son 5 ildə Azərbaycanda sahibkarların sayı 150 min nəfər artıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 64%-ə yaxın artaraq 401 mini keçib.  

FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə deyib. 
O qeyd edib ki, bu dövr KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi isə təqribən 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatıb 
Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43,8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3%-ni təşkil edib. Bu gün ümummilli liderin inkişaf strategiyası yeni çağırışlar fonunda möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "- deyə o qeyd edib.

Seçilən
10
fed.az

1Mənbələr