AZ

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib.

Gundem.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, yeni məhdudiyyətlər çərçivəsində sanksiya siyahısına Rusiya, Çin və Şimali Koreyadan 84 fiziki şəxs, eləcə də Rusiyadan neft daşıyan tankerlər daxil edilib. 

Sanksiyalar yaxın zamanlarda Aİ-nin “Rəsmi jurnalı”nda dərc edildikdən sonra qüvvəyə minəcək.

Aİ, həmçinin Rusiyaya ikili təyinatlı məhsulların göndərilməsinə görə Çin, Hindistan, İran, Serbiya və BƏƏ-dən 32 şirkətə qarşı ixrac məhdudiyyətləri də tətbiq edib.

Seçilən
35
6
gundem.az

10Mənbələr