AZ

Nahidənin nəvəsinin fotoları ilk dəfə efirdə nümayiş olundu

İlk dəfə efirdə Əməkdar artist Nahidə Orucovanın qız nəvəsinin fotoları nümayiş olunub.

OLAY yazır ki, həmin şəkillər sənətçinin qonaq olduğu “Qonaqcanlı” verilişində göstərilib.

N.Orucova bildirib ki, ötən gün nəvəsinin 7 ayı tamam olub:

“Nəvəmin dünən 7 ayı tamam oldu. Qızım Bilqeyis qayınanası ilə qalmır. O əri ilə ayrı evdə qalır. “Öz əli, öz başıdır”. Xuraman və Fidan Qasımovalar hər həftə nəvələrinə baş çəkirlər. Nəvəm dünyaya gələndə onlara çox şeylər hədiyyə etdim. Bilqeyisin elə bir xasiyyəti var ki, o, heç kimi əziyyət verməyi sevmir. Nə mənə, nə atasına nə də ki, Qasımova nənələrinə. Nə yaxşı ki, qızımın atası onun başının üzərindədir. O qızımdan köməyini əsirgəmir. Fidan və Xuraman xanım xarici ölkəyə gedəndə hər dəfə nəvələri üçün hədiyyələr gətirirlər. Bilqeyis deyir ki, mənə heç nə lazım deyil, əgər gətirisinizsə yalnız nəvəniz üçün gətirin. Mənim nəyim varsa hamısı qızımın və nəvəmindir”.

N. Orucova ayrıldığı həyat yoldaşı ilə dost münasibətdə olduğunu vurğulayıb.

“Mən həyat yoldaşımla ayrılsam da amma biz dostuq. Başqa cür də ola bilməz. Düşünürəm ki, nə olmağından aslı olmayaraq münasibətlər hər zaman qalmalıdır. Həyat yoldaşıma dost kimi baxıram. Çətin vəziyyətə düşəndə birinci o köməyə çatır. Mənim də, qızımın da, nəvəmin də ümidi odur. O bizə arxa, dayaqdır”.

Qeyd edək ki, F.Qasımovanın oğlu Fəridlə ailəli olan N.Orucovanın qızı Bilqeyisin qız övladı may ayında dünyaya gəlib. Fərid və Bilqeyis 2020-ci ildə ailə qurublar.

Seçilən
25
olay.az

1Mənbələr