AZ

Zurabişvili dekabrın 29-na kimi hakimiyyətdə olacaq, bu müddət ərzində çox şey ola bilər - Kallas

Aİ Salome Zurabişvilini Gürcüstanın yeganə legitim prezidenti hesab edir. Onun səlahiyyət müddəti dekabrın 29-dək davam edəcək və bu müddət ərzində ölkədə “çox şey baş verə bilər”.

QAZİLER.AZ bildirir ki, bu barədə RBC-Ukrayna Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Aİ Şurasının iclası başlamazdan əvvəl verdiyi bəyanata istinadən xəbər verir.

Kallasın sözlərinə görə, Aİ Gürcüstandakı vəziyyətdən təşvişə düşüb. Bundan başqa, ölkə hakimiyyəti “Gürcüstanın xarici siyasətinin Avropayönlü vektorunu nəzərə alaraq, nümayişlərdən də göründüyü kimi, gürcü xalqı tərəfindən dəstəkləndiyi halda” özünü lazımi şəkildə aparmır.

Sanksiyalardan danışan Kallas bildirib ki, artıq konkret sanksiyalar siyahısı təklif olunub, lakin müzakirələr davam edir və bütün ölkələrin razılığı lazımdır.

“Prezident seçkilərinə gəlincə, prezident Zurabişvili dekabrın 29-dək hakimiyyətdə olacaq və bu müddət ərzində çox şey baş verə bilər”, o əlavə edib.

QAZİLER.AZ

Seçilən
20
1
qaziler.az

2Mənbələr