AZ

“Azərşəkər”ə 1.5 milyon manat əlavə maya qoyulub

“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 520 000 manat artırılıb.

Bununla da şirkətin kapitalı 115 645 000 manatdan 117 165 000 manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Seçilən
16
banker.az

1Mənbələr