AZ

Aşqarlar Kimyası İnstitutu Türkiyənin aparıcı universitetləri ilə əlaqələrini genişləndirir

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyasının müdiri Mənsurə Huseynova beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı universitetlərində elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənc alim Marmara Universitetinin Kimya bölümü dekanı Ali Rza Özkaya və Türkiyə Kimya Dərnəyi Başkanı Bahattin Yalçınla, Gəbzə Texnik Universitetinin rektor müavini Mahmut Durmuşla, Bezmialəm Vakıf Universitetinin Kimya bölümü dekanı Gülaçdı Topçu ilə, NBUAM - Nanotexnoloji və Biomazəmələr Uyqulama və Araşdırma Mərkəzinin müdürü Oğuzhan Gündüzlə görüşlər keçirib. Tərəflər arasında birgə tədqiqatlar və həyata keçirilə biləcək elmi layihə məsələlərini müzakirə ediblər.

M.Hüseynova ezamiyyət müddətində həmin universitetlərin laboratoriyalarında aparılan müasir tədqiqatlarla da yaxından tanış olub.

Gənc laboratoriya müdiri, eyni zamanda, İstanbul Cərrahpaşa Universitetində keçirilmiş “En-Chem'SS- Yenilənə bilən enerji” yaşıl kimya konfransında iştirak edib.

phrase_var_article.chosen
23
azertag.az

1phrase_var_article.sources