AZ

Qurban Qurbanov bu hadisəyə təəccübləndi, dedi ki…

Vasili Berezutskinin "Qarabağ" önündə ilk sınağı uğurla yadda qaldı.

Hər halda, indiki məqamda "köhlən atlar"la bərabərlik (1:1) qələbəyə bərabər nəticə hesab edilə bilər.

Amma start heyətindəki rotasiyalar heç də yaxşı sonluqdan xəbər vermirdi.

Eyni anda Con Leys Mikels, Cesse Sekidika, Kahim Parris və Con İrasabal kimi əsas heyətin dəyişməz 4 üzvü ehtiyat skamiyada əyləşmişdi. Xüsusilə Sekidika və Mikels olmadan "Sabah"ın ön xəttini təsəvvür etmək çətin idi.

Düzdü, ağır kubok oyunundan sonra rotasiyalar qaçılmaz idi. Amma yuxarıdakı adların eyni anda belə bir matçın start "11-liy"ində olmaması təəccüb doğurmaya bilməzdi.

Rusiyalı mütəxəssisin addımı bizim üçün gözlənilməz oldu, bəs onun həmkarı Qurban Qurbanovun planlarına hansısa formada təsir etdimi?

Ümumiyyətlə, Berezutski ölkənin bir nömrəli mütəxəssisinin diqqətini xüsusi nə iləsə çəkə bildi?

Qurbanovu dinləyək:

"Əvvəlki oyunu düşünərək belə bir addım atmışdı. Çünki Tovuzda 120 dəqiqə oyun keçirmişdilər. Bəlkə də ehtiyatlanırdı.

Ola bilər ki, oyun fəlsəfəsi belə idi. İlk 60 dəqiqədə sağlam müdafiə olunmaq və ardınca əks-hücumlarda aktiv olmaq istəyirdi.

Məncə, onunla bağlı hər hansı fikir deməyim tezdir. Qarşıda bir neçə oyuna baxmalıyıq ki, onun düşüncələrini və ya bizi hansı sürprizin gözlədiyini aydın görə bilək.

Açığı, heyəti görəndə bir qədər təəccübləndim. Amma onun fikrinin niyə belə olmasını dəqiq deyə bilməyəcəm".

XANOĞLAN/ SPORTİNFO.AZ

phrase_var_article.chosen
33
sportinfo.az

1phrase_var_article.sources