AZ

Vinisius Junior cəzalandırıla bilər

style='margin-bottom:10px;'>

İspaniya Kral Futbol Federasiyası "Real"ın futbolçusu Vinisius Juniorun "Rayo Valyekano" ilə matçdakı (3:3) jest etdiyi epizoda baxacaq.

QOL.az xəbər verir ki, görüşün final fiti çalındıqdan sonra Vinisius paltardəyişmə otağında doğru hərəkət edərkən "Rayo Valyekano" azarkeşlərinin qəzəbli şüarları ilə qarşılaşıb. Braziliyalı futbolçu isə onlara jestlə cavab verib və deyib: "Sequndaya!".

O, bu hərəkəti ilə "Rayo Valeykano"nun ikinci liqada mübarizə aparmalı olduğunu bildirmək istəyib.

İntizam komitəsi həm Vinisiusun davranışını, həm də "Rayo Valyekano" azarkeşlərinin ona qarşı şüarlarını araşdıracaq.

Qeyd olunur ki, bu epizodlara baxılması xahişi ilə intizam komitəsinə məktub birbaşa La Liqa təmsilçiləri tərəfindən göndərilib.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr