AZ

Güclü külək Göyçay sakininin tövləsini uçurtdu -

Göyçay rayonunda 13 dekabr axşam saatlarından başlayan güclü külək bir sıra fəsadlara yol açıb.

Metbuat.az xəbər verir kii, rayonun Bığır kəndində yaşayan kənd sakini, 1961-ci il təvəllüdlü Eyyubov İkram Faiq oğluna məxsus olan tövlə təbii fəlakətdən sonra uçurum təhlükəsi ilə üz-üzə qalıb. İ.Eyyubovun sözlərinə görə, tövlə hər an uça bilər. Bu həm insan həyatı üçün həm də kəndlinin saxladığı heyvanlara olduqca təhlükəlidir. Məcburiyyətdən 2 böyük inək heyvanını çöl şəraitində soyuq havada saxlayır. Uçurum halda olan tövlənin daxilində isə 2 bala buzov ölüm təhlükəsi ilə üz-üzə qalıb. Şikayətçinin sözlərinə görə, bir neçə öncə problemlə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, həmçinin Göyçay Rayon İcra Hakimiyyətinin Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə şikayət edib. Hələ ki sakinin mürciətinə baxılmayıb.

Ümid edirik ki, tez bir zamanda yaranmış bu təhlükəli hal aradan qaldırılar.

phrase_var_article.chosen
27
metbuat.az

1phrase_var_article.sources