Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.
Qafqazinfo” xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.
O bildirib ki, Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən hava limanındakı gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.
Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.
Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra keçməsinə icazə veriblər.